Almaniyanın yaxın 10-15 il ərzində 350 milyard avroya ehtiyacı olacaq

AFN.az xəbər verir ki, bu barədə "Bild" yazır.
"Bizə ikinci xüsusi fond lazımdır" deyən Papperger hesab edir ki, bu baş verməsə, Almaniya, məsələn, NATO-nun tələblərini yerinə yetirə bilməyəcək. "Almaniyaya qarşıdakı 10-15 il ərzində plana uyğun olaraq Bundesveri gücləndirmək üçün 350 milyard avroya qədər vəsait lazımdır", - Papperger əlavə edib.
Onun sözlərinə görə, buna "Rheinmetall" böyük töhfə verə bilər.
Şirkət təkcə iri silah-sursat istehsalçısı deyil, həm də Ukraynaya daha 30 "Leopard" tankı tədarük edə bilər.