Niger müxalifəti üsyançıları dəstəklədi
Nigerin aparıcı müxalifət partiyası MODEN/FA-Lumana (Afrika Federasiyası üçün Nigeriya Demokratik Hərəkatı) dövlət çevrilişi nəticəsində ölkədə hakimiyyəti ələ keçirmiş hərbçiləri dəstəklədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz ölkə vətəndaşlarını şura üzvləri öz məqsədlərinə sadiq qaldıqları müddətdə ona (Vətənin Qurtuluşu Milli Şurasına) yardım etməyə çağırırıq", - deyə müxalifət qüvvələrinin açıqlamasında deyilir. Onlar hansı məqsədlərin nəzərdə tutulduğunu açıqlamayıblar, lakin əmindirlər ki, çevriliş “bütün Niger vətəndaşları üçün qanuni ümidlərin yeni səhifələrini” açacaq.