Nigerin hərbi rejimi Fransanı ölkəni işğal etmək cəhdində ittiham edib


İyulda hakimiyyəti ələ keçirən Niger hərbi rejimi Fransanı hərbi müdaxilə məqsədilə bir sıra Qərbi Afrika ölkələrində qoşun yerləşdirməkdə ittiham edib.


"Amerikanın səsi" xəbər verir ki, rejimin sözçüsü polkovnik mayor Amadu Abdramane milli televiziyada deyib: "Fransa bu ictimai təşkilatla əməkdaşlıqda planlaşdırdığı Nigerə qarşı təcavüzə hazırlıq məqsədilə bir neçə ECOWAS (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) ölkələrində öz qüvvələrini yerləşdirməyə davam edir" .

Nigerin keçmiş müstəmləkə gücü olan Fransa ilə münasibətlər Paris iyul çevrilişindən sonra devrilmiş prezident Mohamed Bazoumu dəstəklədikdən sonra sürətlə pisləşdi.

Avqustun 3-də Niger dövlət çevrilişi liderləri cihadçılara qarşı mübarizə çərçivəsində ölkədə 1500-ə yaxın əsgəri olan Fransa ilə bir neçə hərbi əməkdaşlıq müqaviləsindən imtina ediblər.

Paris MN-ndəki mənbə AFP-yə bildirib ki, Fransa ordusu Nigerdəki mövcudluğunu geri çəkmək üçün hərbi rejimlə danışıqlar aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu