Mari Eldə qasırğa 3 nəfərin həyatına son qoyub


Rusiya Federasiyasına daxil olan Mari El Respublikasının Voljski rayonunda ikisi uşaq olmaqla üç nəfər qasırğa nəticəsində ölüb.


AFN.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat verib.

Bildirilir ki, daha üç nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. "Güclü külək və leysan yağışı iyulun 29-da axşam saatlarında Tair və Yalçık göllərinin yaxınlığında keçib. Bu zaman göllərin kənarında çadır quran turistlər olub. Qasırğanın ağacları aşması faciəyə səbəb olub", - deyə məlumatda qeyd edilir.

Bundan əvvəl iyulun 28-də Çerkesskdə qasırğa nəticəsində bir nəfər həlak olub. Küləkağacları park edilmiş avtomobillərin üzərinə aşırıb. Bu zaman avtomobildə olan bir kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu