Şəhid və müharibə əlillərinin 2 465 övladının təhsil xərcləri dövlət tərəfindən ödənilir - RƏSMİ
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
AFN.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 1863 nəfər ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alır.
577 nəfər isə orta ixtisas təhsili müəssisələrində ödənişli oxuyur.
"Peşə təhsili müəssisələrində təhsil alanlar isə 25 nəfərdir", - nazirlikdən qeyd olunub.