Putin: Son bir neçə gündə toqquşmalar xeyli güclənib
Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun son 24 saat ərzində xeyli itki verdiyini bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Putin son bir neçə gündə toqquşmalar xeyli intensivləşdiyini deyib. "Əsas qarşıdurmalar Qərbdə deyildiyi kimi, əsasən Zaporojya istiqamətində olub" - deyə Rusiya prezidenti qeyd edib.
Ukrayna ordusunun son 24 saatda həm şəxsi heyətini, həm də texnikasını itirdiyini bildirən Putin Rusiyanın da itkilərinin olduğunu qeyd edib: "Ukrayna 200-dən çox insan itirdi. Təəssüf ki, bizim də itkilərimiz oldu, amma böyük fərq var, on qat az itki verdik. Düşmənin itkisi daha çoxdur".
Rusiya prezidenti hücumlarda Ukraynanın çoxlu sayda zirehli maşından istifadə etdiyini qeyd edib: "50 maşından istifadə etdilər və bu maşınlardan 26-sı tank, 13-ü zirehli maşın olmaqla 39-u məhv edildi".