Ukrayna lideri: "Putinlə görüşməkdə maraqlı deyiləm"


“Rusiya danışıqlar istəmir. Buna Prezident Vladimir Putin qərar verib”.


“Report”un xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhdə maraqlı deyil: “Əgər biz indi tab gətirə bilməsək, Rusiya başqa yerlərdə də müharibə aparacaq. Düşünürəm ki, biz lazımi dəstəyi alacağıq və qalib gələcəyik”.

V.Zelenskinin sözlərinə görə, o, V.Putinlə görüşməkdə maraqlı deyil: “Putin bir şey söyləyən və sonra fərqli addım atan adamdır. Mən onu belə tanıyıram”.

Ukrayna lideri, həmçinin rusiyalı valideynlərə müraciət edib: “Mən bir ata olaraq başa düşmürəm ki, valideynlər övladlarını necə müharibəyə göndərə bilirlər. Onlar övladlarını müharibəyə yola salmaqla, onları cinayətkar edirlər. Çünki bu, özünümüdafiə deyil, cinayətdir. Onlar Prezident Putinin ambisiyalarına görə gənc yaşlarında torpaqlarımızda öləcəklər”.

V.Zelenski Rusiyanın xeyli sayda itki verdiyini vurğulayıb: “Onların minlərlə hərbçisi həlak olub. Rusiyanın itkiləri bizimkindən dəfələrlə çoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu