Vatikanda korrupsiya qalmaqalında əli olan kardinal Becciu üçün 7 il 3 ay həbs istənilib


Bir müddət Vatikanda yüksək vəzifələr tutan kardinal Covanni Angelo Becciu üçün mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə mühakimə olunduğu iddiada 7 il 3 ay həbs istənilib.


Vatikanın rəsmi nəşrlərindən olan "Vaticannews"da yer alan xəbərə görə, Vatikan Dövlət Katibliyi adına milyonlarla lirənin sui-istifadəsi ilə əlaqədar 2 ildir davam edən korrupsiya iddiasında mühakimə olunan 10 nəfərə cəza tələb edilib. Bu əməllər 2013-cü ildə Londonun lüks məhəllələrindən biri olan Sloane Street-də daşınmaz əmlak alınarkən üzə çıxıb.

Vatikan Ədliyyə Bürosunun prokuroru Alessandro Diddi, 2011-2018-ci illər arasında Vatikan Dövlət Katibinin müavini (Baş nazirin səlahiyyətlərini icra edən) vəzifəsində çalışmış və bu qalmaqalda əli olan kardinal Becciunu mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il 3 ay həbs cəzasına məhkum edib. Ona həmçinin 10.329 avro məbləğində cərimə cəzası və dövlət vəzifəsində işləməyə qadağa qoyulması tələb edilib.

Prokurorluq həmçinin Becciudan başqa digər şübhəlilər üçün fərqli müddətlər və məbləğlərdə həbs və cərimələr tələb edib.

Becciunun vəkilləri Maria Concetta Marzo və Fabio Viglione müvəkkillərinin günahsız olduqlarını və həmişə Kilsənin xidmətçiləri olduqlarını deyiblər.

Becciu-ya qarşı korrupsiya işinin ilk iclası 2021-ci ilin iyulunda keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu