Qabonun devrilmiş prezidenti Əli Bonqonun oğlu Nurəddin Bonqo həbs edilib


Qabonda avqustun 30-da hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan prezident Əli Bonqonun oğlu Nurəddin Bonqo mənimsəmə, dövlət qurumlarına xəyanət və dəstə yaratmaq ittihamları ilə həbs edilib.


Yerli mətbuatda yer alan xəbərə görə, atasının devrilmiş lider Əli Bonqonun varisi kimi göstərilən Nurəddin Bonqo, prokurorluqdakı ifadəsindən sonra dünən paytaxt Librevildəki məhkəmə tərəfindən həbs edilib.

Nurəddin Bonqo saxlanılmaq üçün Librevil Mərkəzi Həbsxanasına köçürülüb.

Keçmiş hökumətdə strateji məsələlər üzrə müşavir vəzifəsində çalışmış Nurəddin Bonqo və avqustun 30-da vəzifəsindən uzaqlaşdırılan bir çox yüksək vəzifəli şəxslər mənimsəmə, dövlət qurumlarına xəyanət, dəstə yaratmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və prezidentin imzasını saxtalaşdırmaq ittihamları ilə mühakimə olunacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu