Xaricdə təhsil alacaq 134 nəfər gəncin arasında Vətən Müharibəsi qazisi də var


"2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gəncin arasında həm də Vətən müharibəsinin qazisi Əliyev Cavid var.


AFN.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edilir ki, Cavid Əliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb. O, ABŞ-ın Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.
Cavid Əliyev həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində Electrical Engineering (Elekrtik mühəndisliyi) və Technology Management( Texnologiya menecmenti) ixtisasları üzrə iki magistratura bitirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu