İraq İsveç səfirindən ölkəni tərk etməsini istəyib


İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.


İraqın rəsmi agentliyi olan İNA-nın xəbərinə görə, İsveçdə Qurana edilən hücumlara görə Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma onun ölkəni tərk etməsi lazım olduğunu çatdırıb.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu