“Turan Tovuz” İspaniya millisinin keçmiş kapitanını transfer edir


Yeni mövsümə daha iddialı heyətlə başlayacaq “Turan Tovuz” İspaniyanın U-19 millisinin keçmiş kapitanı Alexandro “Alex” Serranonu transfer edir.


Sports.az xəbər verir ki, son mövsümü Bolqarıstan yüksək liqasında çıxış edən “Habor”da keçirən mərkəz yarımmüdafiəçisi ilə müqavilə şərtləri razılaşdırılıb.

Serranonun ünlü Lyuboslav Penevin çalışdırdığı klubla müqaviləsi bu ayın əvvəli bitib və o, hazırda klubsuzdur.

Qeyd edək ki, Aleks Serrano Barselonada dünyaya gəlib. İspaniyanın aşağı yaşlılardan ibarət milli komandalarında, “Sportinq Xixon”, “Malyorka”, “Salamanka” və digər klublarda çıxış edib.
Legioner həyatına Polşanın “Qurnik” klubunda başlamış 28 yaşlı futbolçu vaxtilə İspaniya U-19 millisində kapitan sarğısı daşıyıb.

Aleksin atası Mino da İspaniya futbolunda tanınmış simadır. O, 80-90-cı illərdə “Real Madrid”, “Sevilya”, “Espanyol”, “Malyorka” və başqa klubların şərəfini qoruyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu