Taxıl dəhlizi ilə 33 milyon tona yaxın taxıl daşınıb
Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq böhranı riskini aradan qaldırmaq üçün yaradılmış taxıl dəhlizi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
İlk gəmi 2022-ci il avqustun 1-də yola salınandan indiyədək taxıl dəhlizi ilə 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
Dəhlizdən keçən taxılın 40%-i Avropaya, 30%-i Asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.