Vüqar Bayramov: Regionlarda kreditlər əlçatan deyil


"Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil".


"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.

"Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir", - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur: "Bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu