Fransada sosial media məhdudlaşdırıldı


Fransada hökumət 17 yaşlı Nahelin polis gülləsi ilə öldürülməsindən sonra başlayan nümayişlər zamanı sosial mediaya məhdudiyyətlər qoyulduğunu açıqlayıb.


Bu barədə hökumətin sözçüsü Olivye Veran məlumat verib. Nümayişçilərin sosial media platforması vasitəsilə koordinasiya edildiyini izah edən Veran, "Biz buna biganə qala bilməzdik" - deyə qərarı şərh edərkən bildirib.

Fransada 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazların önündə yenə sosial media olub.

Prezident Emmauel Makronun “lazım gələrsə sosial media müdaxilə edə bilməlidir” sözləri etirazla qarşılansa da, hökumət sözçüsü Olivier Veranın açıqlamaları Makronun planını təsdiqlədi.

Veran zorakılığın artdığı saatlarda sosial mediaya məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

O, xüsusilə SnapChat platforması ilə inteqrasiya olunmuş Snap Map tətbiqini qeyd edib. Veran bildirib ki, nümayişçilər bir-birinə olduqları yer barədə məlumat verib və koordinasiya ediblər.

Zorakılığa çevrilən nümayişlər zamanı 4000-ə yaxın insan saxlanılıb, 360-dan çox etirazçı həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu