Fransa X sosial şəbəkəsinin ən çox blokladığı Avropa ölkəsi oldu
İlon Maska məxsus sosial media platforması X tərəfindən dərc edilən son hesabat Fransanın 28 avqust və 20 oktyabr tarixləri arasında platformada qanunsuz və zorakılıq məzmunlu yazıların ən çox bloklandığı Avropa ölkəsi olduğunu göstərib.
Avropa İttifaqı (Aİ) Komissiyasının Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məlumat tələbindən sonra X platformadakı məzmuna nəzarətlə bağlı şəffaflıq hesabatını dərc edib.
28 avqust və 20 oktyabr tarixlərini əhatə edən hesabata görə, platforma əsasən Fransadakı internet istifadəçiləri üçün şiddət və nifrət nitqinə qarşı silmə və dayandırma kimi nəzarət mexanizmlərini işlədib.
Bu tarixlər arasında Almaniyada 7 min 160, İspaniyada 7 min 743 yazı silindiyi halda, Fransada bu rəqəm 16 min 288 olaraq qeydə alınıb.
Platforma Fransada qadağan olunmuş məzmunun qarşısını almaq üçün 52 moderatordan ibarət komanda ilə işlədiklərini bildirib.
AB, İsrailin Qəzzaya hücumlarından sonra sosial mediada dezinformasiya, qeyri-qanuni və zərərli məzmuna görə X sosial media platforması Meta və TikTok-a qarşı birliyin onlayn qaydalarına uyğunluqla bağlı araşdırma başladıb.