Makronun sosial mediaya girişin əngəllənməsi ilə bağlı açıqlaması sərt reaksiyalara səbəb olub


Fransa prezidenti Emmanuel Makronun lazım gələrsə sosial mediaya girişin bloklana biləcəyi ilə bağlı açıqlaması reaksiyalara səbəb olub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, "Boyun Əyməyən Fransa" Partiyasının Parlament Qrupunun sədr müavini Mathilde Panot tvitter hesabında Makronun açıqlamaları ilə bağlı xəbəri sitat gətirib və Fransa prezidentini Şimali Koreya lideri Kim Çen İnlə müqayisə edib.

Fransız deputat Olivier Marleix də prezidentin fikirlərini tənqid edib: "Sosial media şəbəkələrinə girişi kəsin? Çin, İran, Şimali Koreya kimi?" O, Makronun bu açıqlamaları ilə diqqəti yayındırmaq istədiyini iddia edib.

Sosial media platformalarında yazılan şərhlərdə də Makrona sərt reaksiya verilib.

Tvitterdə çoxlu sayda izləyicisi olan istifadəçilərdən biri "Makron hər şeyə qərar vermək istəyir, amma heç nəyə görə məsuliyyət daşımaq istəmir. Məncə, o, vəzifəsinin mahiyyətini o qədər də yaxşı başa düşmür" - ifadəsini işlədib.

Başqa bir istifadəçi isə "Makron idarəetməni tamamilə itirib. Fransa Rusiya üçün qazdığı çuxura düşüb" - şərhini verib.

Makronun sosial media senzurasının bu partlayışı ölkə mətbuatında ən çox danışılan mövzulardan biri olub.

Qeyd edək ki, dünən Yelisey sarayında Makron 17-dən sonra etirazların baş verdiyi şəhərlərin merləri ilə görüşü zaman deyib: "Biz işlər yolundan çıxdıqda sosial media şəbəkələrinə girişi tənzimləmək və ya kəsmək mövqeyində olmalıyıq".

Bu həftə Fransa Senatı rəqəmsal platformalarda edilən yazıları tənzimləyən və məzmunun silinməsinə icazə verən qanun layihəsini müzakirə edir.

Uyğun olmayan məzmunun paylaşıldığı saytlara giriş üçün yaş məhdudiyyətinin qoyulması, ictimai rəqəmsal resurslarda məişət zorakılığı qurbanlarının paylaşılması və bulud hesablama sektorunda rəqabətlə bağlı qaydalar kimi bir sıra dəyişiklikləri nəzərdə tutan qanun layihəsi çərçivəsində, səlahiyyətli orqanlar uşaq istismarı ilə bağlı yazıların 24 saat ərzində silinməsini tələb edə bilər.

Qanun layihəsində bu əmrə əməl etməyənlərin 1 il həbs və ya 250 min avro məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi iyulun 7-dək Senatda müzakirəyə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu