İndoneziyada 87 nəfər qarayara yoluxub, üç nəfər ölüb


İndoneziyada qarayara xəstəliyindən ölənlərin sayı 3-ə çatıb, ümumilikdə 87 təsdiqlənmiş hadisə var.


AFN.az xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə direktoru İmran Pambudi bildirib.

"Üç nəfər qarayaradan dünyasını dəyişib, 87 nəfərdə isə qarayara infeksiyası aşkarlanıb" - deyə İmran Pambudi bildirib.

İlkin məlumata görə, təhlükəli xəstəliyin yaranmasına virusdan ölən ilk şəxsin xəstəlikdən ölən öz inəyinin ətini yeməsi səbəb olub. Bundan əlavə, kişi yoluxmuş əti yaşadığı ərazinin digər sakinlərinə də paylayıb. Regional hakimiyyət orqanları virusun aşkarlanmasından sonra 120 gün ərzində ərazini qırmızı yüksək riskli zona elan edib. Sakinlərə də yalnız sağlam mal-qaradan ət yemək tövsiyə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu