Fransada ictimai nəqliyyata qoyulan məhdudiyyətlər aradan qaldırılır
Fransada iğtişaşlar səbəbindən avtobus və tramvayların fəaliyyətinə qoyulan məhdudiyyətlər ləğv ediləcək.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə nəqliyyatdan məsul nazirin nümayəndəsi Kleman Bunun bəyanatında bildirilir.
"Bu gecə Fransanın hər yerində avtobus və tramvayların normal fəaliyyəti bərpa olunacaq", - o, Twitter səhifəsində yazıb.
Nazirin nümayəndəsi vəziyyətdən asılı olaraq əlavə yerli məhdudiyyətlərin yenidən tətbiq oluna biləcəyini xüsusi qeyd edib.
Fransada polis zorakılığına qarşı etiraz dalğası tədricən səngiməkdədir. Bir neçə gündür ki, saxlanılanların sayı, eləcə də iğtişaşların miqyası azalır. Bir gün əvvəl prezident Emmanuel Makron iğtişaşların pik nöqtəsinin keçdiyini bildirib.