Makronun iğtişaşların səbəbi ilə bağlı sözləri qınanıldı
Fransa prezidenti Emmanuel Makronun ölkədəki iğtişaşların səbəbləri ilə bağlı dediyi sözlər gülüncdür. Bunu Avropa Parlamentinin (AP) keçmiş üzvü Florian Filippo öz Twitter səhifəsində yazıb.
"Makron dərhal video oyunlarını iğtişaşçıların şüurunu zəhərləməkdə günahlandırdı" deyə deputat onun sözlərini qınayıb. O əlavə edib ki, vəziyyətin bu səviyyədə təhlili ilə iğtişaşlar bitməyəcək.