Fransada avtobus və tramvay xidmətləri saat 21:00-dan sonra dayandırılacaq

Fransada polisin bir yeniyetməni vurmasından sonra baş verən küçə hadisələrində qubernatorluqlara saat 21:00-dan sonra ölkə daxilində avtobus və tramvay xidmətlərini ləğv etmələri tapşırılıb.
Fransada polis iyunun 27-də Nanterre şəhərində “saxla” xəbərdarlığına tabe olmayan 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücünü öldürüb.
Hadisə ilə bağlı təhqiqat başlanarkən, Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşub.
İndiyədək 800-dən çox adamın saxlanıldığı hadisələrdə yüzlərlə avtomobil və ictimai bina yandırılıb.
Ölkədəki qubernatorluqlara saat 21:00-dan sonra ölkə daxilində avtobus və tramvay xidmətlərini ləğv etmək tapşırılıb.