Fransada sürücünü öldürən polis "qəsdən adam öldürmə" maddəsi ilə mühakimə olunacaq


Fransada iyunun 27-də “saxla” xəbərdarlığına əməl etməyən avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M.-ni öldürən polis məmuru “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunacaq.


Fransa mətbuatında yer alan xəbərə görə, bu barədə Nanter Prokurorluğu açıqlama verib.

Sürücünü güllələyən 38 yaşlı polis məmuru hadisə baş verən günü saxlanaraq La Sante həbsxanasına köçürülüb. Nanter Prokurorluğu artıq "qəsdən adam öldürmə" maddəsi ilə ilkin istintaqa başlayıb.

Naelin ölümünə reaksiya verənlər 2 gecə ardıcıl olaraq Paris ətraflarında və ölkənin müxtəlif şəhərlərində küçələrə axışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu