Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb


Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb.


Bu barədə AFN.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu