Dövlət Departamenti ABŞ vətəndaşlarını Çinə səyahət etməkdən çəkinməyə çağırır

ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkünsə Çinə səfər etməməyə çağırıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq tövsiyə iyulun 3-də səyahətçilər üçün yenilənmiş məsləhətlər siyahısına daxil edilib.
Agentliyin nəşri qeyd edir ki, xəbərdarlıq yerli qanunların, o cümlədən səyahət qadağaları ilə bağlı özbaşına tətbiq edilməsi və qanunsuz həbs riski ilə bağlıdır.
Dövlət Departamenti Çinə, eləcə də xüsusi inzibati rayonlara: Makao və Honq-Konqa səfər edərkən ehtiyatlı olmaq lazım olduğunu açıqlayıb.