FTB izləmə siyahısı ABŞ-da bir milyondan çox müsəlmanın hədəfləndiyini sübut edir


Federal Təhqiqatlar Bürosunun (FTB) monitorinq hesabatı müsəlmanların illərdir siyahıya alındığını və izlənildiyini göstərir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın ən böyük müsəlman vətəndaş azadlıqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) baş hüquqşünası Qadeir Abbas deyib.
FTB-nin izləmə siyahısının 2019-cu il versiyasının iyunun 13-də isveçrəli haker tərəfindən sındırıldığını bildirən Qadeir Abbas, "Müsəlmanların uzun illərdir izləndiyini bilirik, lakin bu siyahını birbaşa görmək həqiqətən şok edicidir" - deyə qeyd edib.

Q.Abbas 11 sentyabr hadisələrinə qədər ABŞ-da müsəlmanların dinc və sakit həyat sürdüklərini, sonra isə onların daim təhdid olaraq görüldüyünü və təqib olunmağa başladığını vurğulayıb. O, həmçinin bildirib ki, müsəlman bölmələri qeydiyyata alınmağa başlayıb: "Onlar müsəlmanlara şübhə ilə yanaşmaqda davam edirlər".

ABŞ-da 2500-ə yaxın məscidin olduğunu və bu məscidlərdə müsəlmanların təqib edildiyini bildirən Abbas, orada kəşfiyyat fəaliyyəti aparmaq üçün minlərlə insanın cəlb edildiyini deyib.

Q.Abbas CAIR tərəfindən hazırlanan "İyirmi il çox, FTB-nin izləmə siyahısını dayandırmağa çağırın" başlıqlı hesabatda FTB məlumat bazasında yalnız "Məhəmməd" və "Əli" adlarının 350 min dəfədən çox qeyd edildiyinə diqqət çəkib. O, ABŞ cəmiyyətində "müsəlmanlar təhlükəli görünür" kimi stereotipik ön mühakimələrin olduğunu bildirərək, bu qərəzlə uyğun olaraq kəşfiyyat və təhlükəsizlik mənbələrinin islami icmalara təzyiq etdiyini qeyd edib.

FTB-nin həyata keçirdiyi sənədlərin müsəlmanların iş və ictimai həyatında ortaya çıxdığını ifadə edən hüquqşünas, hesabatın 60-dan çox ölkə, yüzlərlə özəl şirkət, xəstəxana və universitetlə paylaşıldığını, insanların "potensial terrorçu" olaraq görüldüyünü vurğulayıb: "Nəticədə müsəlmanlar hər yerdə məhdudiyyətlərə məruz qalırlar. Müsəlmanlara tətbiq edilən üsulun "cadugər ovu"ndan heç bir fərqi yoxdur, bunun gələcəkdə başqalarına edilməyəcəyinə dair heç bir zəmanət də yoxdur. Biz FTB-nin bir milyondan çox adla müsəlmanların gizli siyahısını hazırladığını görürük. Ömrümüzün böyük hissəsi kompüterlər vasitəsilə keçdiyi halda, bu gizli siyahılar indi hamımızı təhdid edir. Onlar ABŞ-da yaşayan müsəlmanlar və ya müsəlmanlar qədər hər kəsi təhdid edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu