Quru yolların bağlı olması “Şahdağ”a gələn turistlərin sayına təsir edir
Quru yolların bağlı olması “Şahdağ”a gələn turistlərin sayına ciddi təsir edir.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfovun sözlərinə görə, mərkəz Rusiya ilə sərhəddə çox yaxın olduğuna görə bu, daha çox hiss olunur:
“Rus turistlər qış aylarında sayca çoxluq təşkil edirlər. Quru sərhədlər bağlı olduğuna görə say nisbəti aşağı düşsə də, xarici turistlər arasında yenə də birincilik onlardadır. Yayda isə Birləşmiş Ərəb Əmirliklərindən daha çox turist qəbul edirik”.
Mərkəz rəhbəri bildirib ki, kompleks ərazisində hər turist istirahətini öz büdcəsinə uyğun qura bilər. Bunun üçün müxtəlif qiymətə əyləncə vasitələri mövcuddur.
Fəxriyyə ABDULLAYEVA