Elizabet Borne: "Fövqəladə vəziyyət də daxil olmaqla, bütün imkanlar masadadır"


Fransanın baş naziri Elizabet Borne küçələrdəki etirazlarla bağlı ölkədə asayişin bərpası üçün bütün imkanların, o cümlədən fövqəladə vəziyyətin müzakirə edildiyini bildirib.


Borne Evri-Kurkuron şəhərində milli mətbuata verdiyi açıqlamada, "Tezliklə biz prezident Emmanuel Makronla ölkədə baş verən hadisələr kontekstində görüləcək tədbirləri müzakirə etmək üçün görüşəcəyik" ifadələrini işlədib.

Borne, onların prioritetlərinin milli birliyi təmin etmək olduğunu və bunun nizamın yenidən qurulması ilə olduğunu bildirib.

Bir jurnalistin fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualına Borne bildirib ki, bu gün prezident Emmanuel Makronla keçirəcəkləri görüşdə bütün imkanlar müzakirə olunacaq.

Gecə hadisələrinə cavabdeh olan təhlükəsizlik qüvvələrinə əlavə imkanlar verildiyini xatırladan Borne, Makronla bu gecə alına biləcək əlavə tədbirləri, hüquqi imkanları və hadisələrə necə müdaxilə edəcəyini müzakirə edəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu