Fransada müxalifət hökumətə qarşı etimadsızlıq təklifi təqdim edib
Fransada müxalifət qanadı hökumətin səlahiyyətlərindən istifadə edərək 2023-2027-ci illər Büdcə Planlaması haqqında qanun layihəsini səsə qoyulmadan qəbul etməsinə qarşı Milli Assambleyaya etimadsızlıq təklifi təqdim edib.
Fransa Milli Assambleyasının sessiyasında 2023-2027-ci illər büdcəsinin planlaşdırılması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Baş nazir Elizabet Born parlamentdəki çıxışında ölkənin bu qanun layihəsinə ehtiyac duyduğunu müdafiə edib.
Borne, sözügedən qanun layihəsi üçün Konstitusiyanın 49-cu maddəsinin parlament tərəfindən bir qanun layihəsinin səsə qoyulmadan qəbul edilməsinə icazə verən 3-cü bəndinə istinad edib.
Hökumətin bu addımına qarşı müxalifət qanadından olan sol və ekoloji partiyalardan ibarət Sosial və Ekoloji Yeni Xalq Birliyi (Nupes) parlamentə etimadsızlıq təklifi təqdim edib.
Fransa Konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndi hökumətə qanun layihəsini səsvermə olmadan Milli Məclisdən keçirməyə və müxalifətə ona qarşı etimadsızlıq təklifi təqdim etməyə icazə verir.
Etimadsızlıq təklifi parlamentdəki deputatların əksəriyyətinin dəstəyini alarsa, hökumət çevrilmiş sayılır.
Etibarsızlıq təklifi parlamentdə əksəriyyət tərəfindən dəstəklənmirsə, qanun layihəsi parlamentdə səsvermə olmadan qəbul edilmiş sayılır və Senatın müzakirəsinə çıxarılır.