Zaniolodan çaşdırıcı açıqlamalar: "Yuventus"a yaşıl işıq yandırdı, amma...
"Qalatasaray"da forma geyən Nikolo Zaniolo Spor Toto Super Liqanın son çempionu olaraq ölkəsinin mətbuatında diqqət çəkən açıqlamalar verib.
AFN.az xəbər evrir ki, Zaniolo "Yuventus"a yaşıl işıq yandırsa da, hazırda yeganə düşüncəsinin "Qalatasaray"la Çempionlar Liqası matçları olduğunu bildirib.
"La Gazzetta dello Sport"a danışan gənc oyunçu "İstanbulda özümü çox yaxşı hiss edirəm. Çempionlar Liqasında oynayacağam. "Yuventus" Çempionlar Liqasında olmasa belə, yenə də "Yuventus"dur. Açıq olduğumu demək istəyirəm. Bütün həyatım boyu "Juventus" fanatı olmuşam. "Juventus" çox yaxşı bir klubdur, orada oynamaq istərdim" - deyə bildirib.
23 yaşlı futbolçu qeyd edib ki, Poqba onun kumiridir. O, "Yuventus"a keçidinin mükəmməl olacağını desə də, özünü "Qalatasaray"da "çox yaxşı hiss etdiyini, orada qalacağını və başqa yerə getməklə bağlı heç bir gözləntisinin olmadığını deyib.
Bütün diqqətinin "Qalatasaray"da olduğunu qeyd edən Zaniolo, "Mən taleyə inanıram. Mən hər zaman geriyə deyil, irəliyə baxmağı xoşlayıram. Hazırda düşünə biləcəyim tək şey "Qalatasaray" və Çempionlar Liqasının seçmə qrup matçlarıdır" - sözləri ilə yekunlaşdırıb.
Zaniolo ötən mövsümün yarımçıq transfer dövründə "Qalatasaray"a keçib və sarı-qırmızılı forma ilə 11 matçda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.