Almaniyada qorunan uşaqların sayı artıb


Ötən il Almaniyada gənclər təşkilatlarının 66 400 uşağı himayə altına aldığı bildirilir.


AFN.az-ın xəbərinə görə, Federal Statistika İdarəsindən verilən açıqlamada, gənclər təşkilatlarının 2021-ci ildə 47 min 500 uşaq və gənci himayə altına aldığı, keçən il isə bu rəqəmin 18 min 900 artaraq 66 min 400-ə yüksəldiyi bildirilib.

Bildirilib ki, ötən il başda Suriya və Əfqanıstandan olan 28 min 600 uşaq qəyyumsuz və müşayiətedici şəxs olmadan ölkəyə daxil olduqları üçün mühafizə altına alınıb.

Qeyd olunub ki, uşaqlardan 17300-ü ailələr tərəfindən həddindən artıq məcburiyyət, 7500-ü ailələrin baxımsızlığı və laqeydliyi, 6500-ü fiziki zorakılıq, 5600-ü isə həyat yoldaşlarının uyğunsuzluğu səbəbindən himayəyə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu