Azərbaycanda çoxuşaqlı ailədən neçə uşağa müavinət verilir? - STATİSTİKA
Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.
Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.
Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.
Bəs hazırda çoxuşaqlı ailələrdə neçə uşağa müavinət verilir?
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2023-cü il oktyabrın 1-nə 1177 uşağa ayda 105 manat müavinət verilir.
Bunlar 5-dən çox uşağı olan ailənin uşaqlarıdır.
2019-cu ildə keçirlimiş əhalinin siyahıyaalınması zamanı 6 və daha çox uşağı olan 16169 ailə qeydə alınıb.
Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.
Son siyahıyaalınma zamanı Azərbaycandakı çoxuşalı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunub:
6 uşaqlı – 9332 ailə
7 uşaqlı – 3565 ailə
8 uşaqlı – 1748 ailə
9 və çox uşaqlı – 1524 ailə.