54 ildə 99 milyondan çox insan həcc ziyarətinə gedib


Səudiyyə Ərəbistanı 54 il ərzində 99 milyondan çox ziyarətçiyə ev sahibliyi etdiyini açıqlayıb.


AFN.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi SPA-da yer alan məlumatda Səudiyyə Ərəbistanı Ümumi Statistika İnstitutunun 1968-ci ildən etibarən müqəddəs torpaqlara həcc ziyarətinə gələnlərin statistik məlumatlarını toplamağa başladığına diqqət çəkilib.

Bildirilir ki, 2022-ci ilə qədər 54 il müddətində müqəddəs torpaqlarda 99 milyondan çox ziyarətçi qəbul edilib.

Səudiyyə Ərəbistanı rəsmiləri bu il zəvvarların sayı ilə bağlı dəqiq bir rəqəm açıqlamasalar da, epidemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün 2023-cü ilə hazırlıq görüldüyünü bildiriblər.

Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvarlara namizədlərin sayı 2,4 milyon olaraq açıqlanıb.

Ölkənin 2030-cu il stratgetiyası Məscidül-Həramın genişləndirilməsi və COVID-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu