Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin həbs müddəti yenidən uzadılıb


Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.


Bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu