Zelenski: Bu il müharibə bitsə, gələn il seçkilər olacaq
“Müharibə bu il bitərsə və sülh olarsa, 2024-cü ildə Ukraynada seçkilər keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, bu, qlobal məsələdir.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna qanunvericiliyinə görə, seçkilər sülh şəraitində, müharibə olmayan vaxtda keçirilməlidir: "Mən çox istəyirəm ki, gələn il sülh əldə edilsin və həyat müharibədən əvvəlki kimi olsun".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.