“Online Azərbaycan” layihəsi Hövsanda sakinləri telefonsuz qoydu - AÇIQLAMA


Hövsanda Baktelekom təfərindən telefonların (sabit şəbəkə) 10 gündür kəsilib. Fiberoptik internet çəkilişi üçün kəsilən telefonlar bərpa edilmir. Sakinlərə isə şərt qoyulub ki, özəl provayderlərin internet xidmətindən imtina edin, əks halda telefon xətləri bərpa olunmayacaq.


AFN.az xəbər verir ki, bu haqda jurnalist Şəmşad Ağa iyunun 13-də sosial şəbəkə hesabında məlumat verib. Jurnalist bildirir ki, yeni xətt və modem üçün sakinlərdən 110 manat ödənməsi tələb edilir.

Mövzu ilə bağlı "Aztelekom" MMC-yə ünvanladığımız sorğuya bu gün cavab verilib. Cavabda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində ev telefonlarının sözügedən tarixdə işləməməsi profilaktik tədbirlərlə əlaqədardır: “Bakı Telefon Rabitəsi” MMC-nin müvafiq RXM-i (Rabitə Xidmət Mərkəzləri) tərəfindən abunəçilərə “Online Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi ilə bağlı yeni xidmətlə əlaqədar ətraflı məlumat və təkliflər verilir.
Belə ki, abunəçilərə məlumat verilərkən yeni xidmətlərə qoşulma və güzəşt şərtləri (aşağıda qeyd edilib) izah olunur. Abunəçilər yeni nəsil, GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa dəvət edilirlər. GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaq seçimi etməyən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir.
Bildiririk ki, vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün “Bakı Telefon Rabitəsi” MMC tərəfindən ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir. Beləliklə, fiber-optik telekommunikasiya şəbəkəsinin tikilməsi, GPON texnologiyası əsasında rabitə infrastrukturunun qurulması, telefonlaşmayan ərazilərin müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması və mövcud telekommunikasiya şəbəkəsinin yenilənməsi işləri sürətlə davam etdirilir.
Sənədləşmə zamanı GPON texnologiyası üçün abunəçilərə təklif edilən kampaniya və güzəşt şərtləri aşağıdakılardan ibarətdir:
1. 12 aylıq güzəştli şərtlə (telefon+internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 manat çəkiliş haqqından azad edilir, ödənişsiz ONT modemi əldə edir.
2. Standard müqavilə (telefon+internet) – İstifadəçi standart müqavilə bağlayaraq telekommunikasiya xidmətlərinə qoşulduqda çəkiliş üçün 30 manat, ONT modemi üçün endirimlə 50 manat ödəniş edir.
3. Standard müqavilə (telefon) – İstifadəçi standard müqavilə bağlayaraq yalnız telefon xidmətinə qoşulduqda 30 manat çəkiliş haqqı, ONT modemi üçün 110 manat ödəniş edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu