BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Saziş təsdiqlənib
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Sənəd 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.