Mübariz Mənsimov atasının dəfnində iştirak edə bilməyəcək


“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.


Bunu şirkətin sözçüsü Fidan Quliyeva feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.

Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu