Dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək


Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək.


"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.

Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlanının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək cərimələnəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu