Aktyor Bill Kosbinə qarşı cinsi təcavüz ittihamları


9 nəfər qadın 85 yaşlı amerikalı aktyor Bill Kosbini cinsi təcavüzdə ittiham edərək onu məhkəməyə verib.


AFN.az bu barədə "NBC News"a istinadən xəbər verir. İddialara görə, sənətçi qurbanlarını cinsi xarakterli hərəkətlərə məcbur etmək üçün böyük gücü, nüfuzu və şöhrətindən istifadə edib.

Qeyd olunur ki, bu günə qədər 60-a yaxın qadın Kosbi tərəfindən zorlandığını bildirib. Nəşrin məlumatına görə, işdəki bəzi epizodlar bir neçə onilliklər əvvəl baş verib. Aktyor ona qarşı bütün cinsi təcavüz iddialarını rədd edir.

2018-ci ildə Kosbi aktyorun almamaterası olan Filadelfiyadakı Temple Universitetində keçmiş basketbol komandasının meneceri Andrea Constanda cinsi təcavüz etməkdə təqsirli bilinib. Zərərçəkənin dediyinə görə, o, Kosbinin evində olub, orada ona şərab verib və üç mavi həb qəbul etməyi təklif edib. Az sonra qadın hərəkət qabiliyyətini itirib və aktyor ona təcavüz edib.

Üç il sonra məhkəmə sənətçinin cəzasını ləğv edib. 2022-ci ilin yayında Kosbi bir yeniyetməni zorlamaqda günahkar bilinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu