Qazaxıstanda meşə yanğını qurbanlarının sayı 15 nəfərə çatıb
Qazaxıstanın şərqində, beşinci gündür ki, meşə yanğınının davam etdiyi Abay rayonunda daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə vilayət polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Abay rayon polisi əməliyyat-axtarış tədbirləri zamanı yanğının söndürüldüyü yerdən 50 km aralıda iyunun 10-da itkin düşmüş Beskaraqay rayonunun Dolon kənd sakini Sergey Nikolayeviç Arxipovun meyitini aşkar edib.
Beləliklə, meşə yanğını qurbanlarının sayı 15 nəfərə çatıb.
Abay rayonundakı Semey Ormanı qoruğunda baş verən yanğın iyunun 8-dən davam edir. Bazar ertəsi günü yanğın sahəsi 60 min hektara qədər azaldılıb. Bundan əvvəl 14 nəfərin təbii fəlakətin qurbanı olduğu, onların hamısının qoruğun Novoshulbinsk şöbəsinin əməkdaşları olduğu bildirilirdi.