Qazaxıstanda meşə yanğını: 14 nəfər həlak olub
Qazaxıstanın şərqindəki Abay rayonunda baş verən güclü yanğında həyatını itirən meşə təsərrüfatı işçilərinin sayı 14 nəfərə çatıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi yanğının iyunun 8-də ildırım çaxmasından sonra başladığını açıqlayıb. Ərazinin avtomobillər üçün keçilməz olması səbəbindən yanğınsöndürənlər onu tez bir zamanda söndürə bilməyiblər.