Böyük Britaniya kriptovalyutalara ciddi qaydalar qoyur


Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı (FCA) 2023-cü ilin oktyabrından kriptovalyuta məhsulları üzrə ticarət qaydalarını sərtləşdirəcəyini açıqlayıb.


FCA-dan verilən açıqlamada kriptovalyutaların marketinq qaydalarının sərtləşdiriləcəyi bildirilib.

Oktyabr ayından etibarən kripto aktivləri alan İngilis istehlakçıların ilk dəfə 24 saat gözləmə müddətinə məruz qalacağını xatırladan kriptovalyuta alıcıları üçün “dostuna müraciət et” bonuslarının da qaldırılacağı bildirilib.

Kripto-aktivləri təşviq edənlər aydın risk xəbərdarlığı etməli və reklamların yanıltıcı olmamasına əmin olmalıdırlar.

Yeni qaydalar xarici şirkətlər tərəfindən təklif olunsa belə, Böyük Britaniyada ticarət edilən bütün kripto məhsullarına şamil ediləcək. Dəyişməyən tokenlər (NFTs) yeni tənzimləmədən azad ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu