Lindsay Lohan və Jake Paul daxil olmaqla 8 məşhura qanunsuz kriptovalyuta reklamı ittihamı
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Lindsay Lohan və Jake Paul da daxil olmaqla səkkiz məşhuru iki kriptovalyutanı qanunsuz olaraq reklam etməkdə ittiham edib.
AFN.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Komissiyadan bildirilib. Qeyd edili ki, bu şəxslər kripto şirkətlərindən pul aldıqlarını açıqlamadan sosial media hesablarında TRX və BTT-ni reklam edirlər.
Lohan və Paul da daxil olmaqla səkkiz məşhur şəxs günahını boynuna almadan ümumilikdə 400 min dollar cərimə ödəməyə razılaşaraq komissiya ilə razılaşıb. İttihamla üzləşən digər məşhurlar arasında Amerikada populyar olan Soulja Boy, Austin Mahone, Kendra Lust, Ne-Yo və Aliaune Thiam var.
"Twitter"də 8,4 milyon izləyicisi olan aktrisa Lindsay Lohan paylaşımında izləyicilərini TRX və BTT kripto şirkətlərinə sərmayə qoymağa çağırıb.