Xorvatiyanın sabiq prezidenti: Azərbaycanla minatəmizləmə təcrübəsini bölüşməyə hazırıq


“Mina problemindən əziyyət çəkmiş Xorvatiya minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.


“Report” xəbər verir ki, bunu Xorvatiyanın eks prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, Xorvatiyanın bu problemin həllində uğurunun əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin köməyindən, həmçinin hakimiyyət orqanlarının koordinasiyasından istifadə etməsi olub.

K.Qrabar-Kitaroviç vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində atdığı addımlar çox düzgündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu