“İdeal”ın keçmiş sahibinin şikayəti rədd edildi


“İdeal” mağazalar şəbəkəsinin (indiki ADORE) keçmiş sahibi İlqar İsmayılovun kassasiya şikayətinə baxılıb.


Ali Məhkəmə əvvəlki instansiyanın qərarında qeyri-dəqiqliyin olmadığını, prosedura və qanunauyğun olduğunu əsas gətirərək, şikayəti rədd edib.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-cı illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu