Əli Məsimli: Yenilənmiş inflyasiya proqnozu da real deyil


"Biz, illik 6,9 % inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 10,4 % proqnozlaşdırılır, bunun da real olmadığını qeyd edirik".


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında - "2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsində deputat Əli Məsimli deyib.

"Qiymətlər sürətlə, demək olar ki, hər həftə, hər gün artır. Bu da bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı tələb edir. Gələn ildən illik inflyasiya proqnozu ötəcək. Ona görə də yenidən əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu