Vardanyanın Paşinyana hansı təzyiq imkanları var? - ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatı Qarabağda yaşayan erməniləri hiddətləndirib.


"Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir" - deyən Paşinyana Ruben Vardanyandan hədə gəlib. Paşinyanı "erməni xalqına ləkə" adlandıran Vardanyan "Siz təhlükəli iş görürsünüz, bizi qul və dəyərsiz insanlar etməyə çalışırsınız. Buna nail ola bilməyəcəksiniz" - deyə vurğulayıb.

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Qarabağ separatçılarının başında dayanan Araik Arutunyan susduğu halda Paşinyanı Ruben Vardanyanın hədələməsinə şərh verib.
Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa Ruben Vardanyan nə edə bilər? E.Şahinoğluna görə, heç nə: "Kreml zamanında Vardanyanı Qarabağa ona görə göndərdi ki, o bir müddət sonra Araik Arutunyanın yerinə keçsin. Kremlin sonrakı planı Vardanyanı Ermənistana transfer etmək və onu hakimiyyətdən uzaqlaşdırılacaq Paşinyanın kreslosunda oturtmaq idi. Kremlin heç bir planı reallaşmadı. Çünki Ruben Vardanyanın ermənilər içərisində nüfuzu aşağı olduğundan ona dəstək azdır. Bu, Kremlin Vardanyandan əlini üzməsi ilə nəticələndi. Vardanyanın Qarabağda yaratdığı "hərəkat"ın da elə bir gücü yoxdur. Odur ki, Vardanyanın Paşinyana barmaq silkələməsi Ermənistanın baş naziri üçün təhlükəli deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu