Ruslan Quliyevin beynəlxalq tədbirdə ölkəmizi təmsil etməsi yüksək qiymətləndirilib


Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edən nümayəndələri qəbul edib.


AFN.az xəbər verir ki, “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev və “Bakı Tikiş Evi ASC”nin sədr müavini Elnur Rəhimov Cənubi Koreyanın Busan şəhərində “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda mayın 2-də keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı təmsil ediblər.

Görüşdə Azərbaycan nümayəndə heyətinin tədbirdə aktiv iştirakı və məruzələri, tədbirin əhəmiyyəti və sonrakı dövrdə Azərbaycanın bu qurumda sistemli fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, həmçinin, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektrlərinin Biznes Şuranın gələcək toplatılarında aktiv iştirakı və Asiya ölkələrinin biznes dairələri ilə əlaqələrinin daha konkret və faydalı əsaslarda qurulmasının əhəmiyyəti vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu