Dursun Özbəkdən şok açıqlama: "Banklar Birliyi müqaviləsi bir qandaldır"
“Qalatasaray”ın prezidenti Dursun Özbek “Cümhuriyyətimizin 100 illik yubileyində çempion olmaq respublikanın siması olan “Qalatasaray”a yaraşacaq” deyib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Banklar Birliyi razılaşması haqqında da danışan Özbek bu müqavilənin klubun ayağında bir buxov olduğunu bildirib.
Çempionluqla bağlı danışan Dursun Özbek, "Mövsüm bitmək üzrədi. Dünən gecə qalib gəldik, indi liderik. Cümhuriyyətimizin 100-cü ilində çempion olmaq respublikanın siması olan "Qalatasaray"a yaraşar" deyə vurğulayıb.
Özbək Banklar Birliyi müqaviləsi barədə sərt danışaraq Banklar Birliyi müqaviləsindən çıxmaq istədiklərini bildirib: "Bu müqavilə klubumuzun ayağındakı buxovdur. Banklar Birliyinin məqsədi klubların bu borcu bir an əvvəl bağlamaqlarıdı. Konsorsium bankları ilə müqavilənin asan dövrləri geridə qaldı, çətinliklər indi başlayır”.
Özbək Qalatasaray adasının iyunda açılacağını da açıqlayıb.