ABŞ Dövlət Departamenti: Rusiya və İran hərbi əməkdaşlığını genişləndirir


Rusiya və İran hərbi əməkdaşlığı genişləndirir.


AFN.az xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel çıxış edib. Onun sözlərinə görə, İran Rusiyanın əsas hərbi dəstəkçisi olaraq qalır və İran artıq Ukraynada istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib.

Patel deyib ki, avqust ayından bəri İran Rusiyaya əsasən "Şahed" tipli 400-dən çox PUA verib və Rusiya bu aparatların əksəriyyətini istifadə edərək Ukrayna ərazisində mühüm infrastrukturlara zərbələr endirib.

"Bu əməkdaşlığın dərinləşməsi təkcə Ukrayna üçün deyil, həm də bütövlükdə beynəlxalq ictimaiyyət üçün təhdid və təhlükədir" - deyə ABŞ rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu